Azərbaycan OPEC+ sazişinin icra olunmasını 116 faiz yerinə yetirib - BEA İqtisadiyyat

Azərbaycan OPEC+ sazişinin icra olunmasını 116 faiz yerinə yetirib - BEA

2021-ci ilin mayında Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,59 milyon barel/sutka təşkil edib.

Trend bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu göstərici aprel ayı ilə müqayisədə dəyişməz qalıb.

Qeyd olunub ki, may ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 116 faiz yerinə yetirib:

"May, iyun və iyul ayları üzrə hədəf göstərici müvafiq olaraq 0,6, 0,61 və 0,62 milyon barel/sutka təşkil edir".