Bəşər Əsəd Rusiyaya belə qaçıb - Təfərrüat
13 Dekabr 22:52
Salyandan Neftçalaya ikinci magistral kəmərin inşası nəzərdə tutulur.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Neftçala rayonunun içməli sudan əziyyət çəkən kənd və qəsəbələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə qurum tərəfindən yeni layihə həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq icra olunan layihə Neftçala rayonunun 20 min nəfər sakinin yaşadığı 12 yaşayış məntəqəsini (Mirzəqurbanlı, Tatarməhlə, Abbasalılı, Mirqurbanlı, Həsənabad, Qoltuq, Uzunbabalı, Kürqarabucaq, Birinci Qaralı, İkinci Qaralı, Qədimkənd, Yuxarı Qaramanlı kəndləri) əhatə edir.
İndiyədək bu kəndlərin içməli su təchizatı modul tipli sutəmizləyici qurğular hesabına aparılıb. Kür çayında suyun səviyyəsinin azalması və keyfiyyətinin aşağı düşməsi səbəbindən ilin isti dövrlərində həmin qurğuları xam su ilə təmin etmək mümkün olmurdu. 2020-ci ilin noyabrında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə çəkilmiş magistral xəttin istismara verilməsi rayon mərkəzi ilə yanaşı, bəzi kəndlərin də içməli su təchizatı üçün imkanlar yaradıb.
Magistral kəmərin marşrutu boyu yerləşən Uzunbabalı, Mirzəqurbanlı, Tatarməhlə və Abbasalılı kəndlərinə içməli su magistraldan veriləcək. Bu məqsədlə kəndlərdəki modul tipli təmizləyici qurğulara qədər 3,8 km daşıyıcı su kəmərləri tikilir. Artıq Uzunbabalı kəndində işlər yekunlaşıb və kəndə suyun verilməsi təmin edilib.
Rayonun Kürqarabucaq, Birinci Qaralı, İkinci Qaralı, Qədimkənd, Yuxarı Qaramanlı kəndlərini içməli su ilə təmin etmək məqsədilə 450 mm diametrli polietilen borularla 11 km uzunluğunda magistral su kəmərinin 6 km-lik hissəsi inşa edilib.
Neftçala rayonunun Mirqurbanlı və Həsənabad kəndlərinin, həmçinin Qoltuq məhəlləsinin su təchizatı isə Neftçala şəhərinin şəbəkəsi hesabına aparılacaq.
Ümumilikdə Neftçala rayonunun 12 kəndində həyata keçirilən layihələr çərçivəsində 20 min nəfər sakinin su təchizatı yaxşılaşdırılacaq. Gələcəkdə Neftçala rayonunun kəndlərinə verilən içməli suyun həcminin artırılması məqsədilə Salyan şəhərindən Neftçalaya ikinci magistral kəmərin inşası nəzərdə tutulur. Bu kəmər hesabına daha 8 kəndin içməli su təchizatı yaxşılaşdırılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin xüsusi tapşırıqlarına uyğun olaraq Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmər və Salyan şəhəri yaxınlığında həcmi 7500 kubmetr olan su anbarı tikilib. 2020-ci ilin noyabr ayında magistral kəmərdən Neftçala şəhərinə suyun verilməsi təmin edilib