Rəsmiyyə Sabirin "Zindan sevinci" adlı şeirlər kitabı çap olunub Ədəbiyyat

Rəsmiyyə Sabirin "Zindan sevinci" adlı şeirlər kitabı çap olunub

Şair Rəsmiyyə Sabirin "Zindan sevinci" adlı şeirlər kitabı işıq üzü görüb. Kitab şairin 2020-ci ildə "Vektor" Beynəlxalq Elmlər Akademiyasının Şahmar Əkbırzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatına layiq görülməsi münasibətilə "VEKTOR" BEA tərəfindən nəşr edilib. Nəşrin redaktoru tanınmış yazar, professor Elçin İsgəndərzadədir. Kitab “İnsanlığın himni”, “Vətən! - dedim”, “Səssiz...Sözsüz”, “Qələmin gözündən indi yaş gəlir”, “Sənə elə küskünəm ki, Həyat!...”, “Həyatın dibindən” bölmələrindən ibarətdir, Vətən, ana, dünya, sevgi mövzusunda şeirlər yer alıb.

ZİNDAN SEVİNCİ

İnsan azad olmaq üçün

gəlir dünyaya.

Çiynində günah daşıyır.

Hərdən “ah” çəkib

nəfəsini azad edir.

Qəlbinin dərinliyində

ölmüş səslərə can verir.

Zindan sevinci yaşayır İNSAN...