“Gürcüstan hadisələrinin bir ucu Ermənistana toxunacaq” Siyasət

“Gürcüstan hadisələrinin bir ucu Ermənistana toxunacaq”

“Hazırda Gürcüstan vətəndaş müharibəsi mərhələləri keçsə də, bunun yenidən təkrar oluna biləcəyi istisna olunmur”.
Bu sözləri Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert, “Regnum” agentliyinin şərq şöbəsinin Baş redaktoru Stanislav Tarasov deyib.
Onun sözlərinə görə, Gürcüstanda yaranmış vəziyyət çox mürəkkəbdir və bunun ucu Ermənistana toxunacaq.
“Hadisələr Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycan-Gürcüstan sərhəddində yerləşən kilsəyə qalxdığı məsələsindən yetişməyə başlayıb. Burdan aydın görünür ki, Gürcüstanda dini məsələlər nə dərəcədə kəskin qəbul edilir.
Vəziyyət Tbilisidə keçirilən Ortodoks parlamentlərarası assambleyasının sessiyasında Rusiya nümayəndəsi Sergey Qavrilovun çıxışından sonra nümayəndələrin iclas salonunu tərk etməsi ilə gərginləşib.
Çox maraqlıdır, niyə Rusiya nümayəndə heyətinin sədrlik etdiyi bir vaxtda bu iclası Tbilisidə keçirməyə qərar veriblər. Olanlar, artıq baş verdi və bizim deputatımız təmamilə təsadüfən bu hadisələrin mərkəzində peyda oldu. Rusiya əleyhinə çıxışlar və s. başladı”, - deyə Tarasov bildirib.
Baş redaktor, səsləndirilən ziddiyətli bəyanatlara və Saakaşvilinin sözlərinə diqqət çəkir: “Sabiq prezident Saakaşvili deyir ki, etirazçılar İvanişvilinin rus meyilli siyasətinin əleyhinədirlər. Fəaliyyətdə olan prezident isə bunun belə olmadığını qeyd edir. Zurabaşvili hesab edir ki, realda bu hadisələr çevriliş törətmək istəyən radikal qüvvələrin işidir. O vurğulayıb ki, bunu kimin etdiyini bilmir, deməkdə də çətinlik çəkir. Hazırda Gürcüstan vətəndaş müharibəsi mərhələləri keçsə də, bunun yenidən təkrar oluna biləcəyi istisna olunmur”.
Jurnalistin “Yuxarı Lars keçidinin bağlanması ehtimalı mümkündürmü?” sualına cavab verən Tarasov qeyd edib ki, hazırda erməni-gürcü və rus-erməni münasibətləri yaxşıdır.

“Lakin vətəndaş müharibəsi başalayarsa və bəzi qüvvələr bu yolu bağlamağa qərar verərsə problemlər ortaya çıxa bilər”, - deyə Qafqaz ölkələri üzrə ekspert əlavə edib.