Minsk qrupu prinsipiallıq nümayiş etdirməlidir Siyasət

Minsk qrupu prinsipiallıq nümayiş etdirməlidir

“Xarici işlər nazirlərinin Vaşinqton görüşünün nəticəsiz başa çatması gözlənilən idi”,- görüşü şərh edən politoloq İlqar Vəlizadə belə deyib.
“Son aylar və həftələr ərzində cəbhə xəttindəki gərgin vəziyyət danışıqlar prosesinə mənfi təsir göstərirdi. Erməni rəbərliyinin ritorikası onların müharibəyə hazırlaşmasından xəbər verirdi. Azərbaycan tərəfinin cəbhədə baş verən təxribatlara təəmkinli yanaşması əlbəttə təqdirə layiqdir. Azərbaycan tərfinin verdiyi bu mesajlardan nəticə çıxarılmalı və Minsk qrupu bu məsələdə prinsipiallıq nümayiş etdirməlidir. Ermənistana pozucu, destruktiv fəaliyyətli ilə bağlı xəbərdarlıq olunmalıdır”.
İyunun 20-də Vaşınqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib.