MSK seçki ilə bağlı qərar verəcək Siyasət

MSK seçki ilə bağlı qərar verəcək

Mərkəzi Seçki Komissiyasının (MSK) sabah – oktyabrın 18-də iclası keçiriləcək.
İclasda bələdiyyə seçkilərinin keçirilməsi üçün qərar verilərək seçki günü təyin ediləcək.
Xatırladaq ki, Azərbaycanda sonuncu bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçirilib./report/