Pakistan portalı parlament seçkiləri ilə bağlı məqalə yayıb Siyasət

Pakistan portalı parlament seçkiləri ilə bağlı məqalə yayıb

Pakistanın “National Herald Tribune” qəzetində və internet səhifəsində Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar məqalə dərc olunub. Secki-2020.az saytı xəbər verir ki, müəllifi Riaz Əhməd Malik olan “Azərbaycandakı seçkilərin özünəməxsus xüsusiyyətləri” sərlövhəli məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müsəlman dünyasında ilk demokratik ölkə olduğu xatırladılır, müasir Azərbaycanın AXC dövründə əsası qoyulmuş demokratik normaları institutlaşdırdığı bildirilir.
Məqalədə 2020-ci il fevralın 9-da keçiriləcək parlament seçkiləri üçün indiyədək yüzlərlə namizədin qeydiyyata alındığı qeyd olunur. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün namizədlərə bütün lazımi şəraitin yaradıldığı vurğulanır.
Müəllif bu seçki prosesinin ölkədəki siyasi sabitliyə, iqtisadi islahatların davam etməsinə və ümumilikdə demokratik sistemin daha da güclənməsinə töhfə verəcəyinə əminliyini diqqətə çatdırır.
Məqalədə, həmçinin seçkiləri müşahidə etmək üçün indiyə qədər iki minə yaxın yerli və xarici müşahidəçinin MSK-ya müraciət ünvanladığı, eyni zamanda, Komissiya tərəfindən Bakıda müstəqil media mərkəzinin təsis olunduğu vurğulanır.