Paşinyan Münhendə rüsvay oldu Siyasət

Paşinyan Münhendə rüsvay oldu

İlham Əliyev onu fakt qarşısında qoydu

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masaya qatılıblar.
Azərbaycan prezidenti İlham Əliyev işğalçı Ermənistanın lideri Paşinyanı məntiqli faktlar qarşısında qoyub. İlham Əliyev müzakirələr zamanı bu gün Azərbaycan hərbçisinin şəhid olunmasına diqqət çəkib. Prezident qeyd edib ki, Ermənistan sülhdən danışır amma bu gün erməni snayperinin atəşi nəticəsində Azərbaycan əsgərinin öldürülməsini necə izah edə bilər?.
Prezident daha sonra Paşinyana Qarabağdakı qanunsuz rejimin heç kəs tərəfindən tanınmadığını xatırladıb: “Beynəlxalq Birlik Ermənistana təzyiqləri artırmalıdır. Onlar Ermənustan anlatmalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Heç kim Qarabağdakı o qanunsuz quruluşu tanımır”.
Politoloq Mirsamir Məmmədovun fikrincə, bütün beynəlxalq tədbirlərdə prezident İlham Əliyev həmişə Ermənistan liderlərini susdurub: “Prezidentimizin məntiqli arqumentləri qarşısında həmişə çıxılmaz vəziyyətlərdə qalıblar. İşğalçı ölkə rəhəri həmişə tutuquşu kimi eyni ifadələr işlədib. İşğal faktını gizlətmək, ondan yayınmağa cəhdlər göstərib. Amma faktlar qarşısında aciz qalıb. Bu dəfə də eyni vəziyyətlə üzləşən Paşinyan Əliyev qarşısında susmaq məcburiyyətində qaldı”.
Onu da qeyd edək ki, İ.Əliyev paşinyanın nzərəinə çatdırıb ki, Ermənistan təkcə Dağlıq Qarabağda deyil, ətraf 7 rayonda da azərbaycanlıların etnik təmizləməsini həyata keçirib:“Onlar Azərbaycanda azərbaycanlıların irsini məhv edib, Dağlıq Qarabağda Ermənistanın irsi yoxdur. Dağlıq Qarabağda təxminən 180 min insan yaşayırdı ki, onların da 130 mini erməni, 48 mini isə azərbaycanlı olub. Amma ermənilər azərbaycanlıları oradan qovublar”.
İlham Əliyev həmçinin ermənilərin Qarabağda bütün tarixi toponimlərin adlarını dəyişdiyini deyib.
“Azərbaycan sülh yolu ilə torpaqların qaytarılmasına ümidini heç zaman itirməyib. Amm erməni tərəfinin ucbarından danışıqlar pozulsa, cavab addımları atılacaq. Biz status-kvonu qoruyub-saxlamağa çalışan işğalçı Ermənistanla danışıram” - deyə prezident deyib.
ALDP sədri Fuad Əliyevin fikrincə, İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətiyyətli mövqe nümayiş etdirib: “Sözsüz ki, bütün dünya və beynəlxalq təşkilatlar, münaqişənin həllində vasitəçilik edən Minsk qrupunun həmsədrləri və həmsədr ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Amma Ermənistana təzyiq mexanizmlərini işə salmaqdan çəkinirlər. Söhbət işğalçı ölkəyə beynəlxalq sanksiyaların tətbiqindən gedir. İşğalçı Ermənistan münaqişənin həllində maraqlı deyil. Ona status-kvonun bu vəziyyətdə dəyişməz qalması qane edir”.
F.Əliyev qeyd edib ki, prezidentin qeyd etdiyi kimi, münaqişənini həlli ilə bağlı sülh danışıqları səmərə verməzsə, rəsmi Bakı silaha əl atmaq məcburiyyətində qalacaq.
Onu da qeyd edək ki, İlham Əliyev Qarabağ münaqişəsinin həlli yolunu da göstərib.
“İlk mərhələdə torpaqların işğalçı ordudan azad olunması. İkinci mərhələ - Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırması. Düşünürəm ki, hər iki tərəf buna hazırdı amma torpaqlar azad olunmadan bu mümkün deyil. Həmişə dediyimiz kimi, Azərbaycan çoxmillətli ölkədir və ermənilər də milli azlıq kimi milli çoxluğun saghib olduğu hüquqlara malik olacaq. Ona görə münaqişənin həlli üçün Ermənistab ordusu Qarabağödan çıxarılır, Azərbaycana ərazi iddialarından imtina olunur, azərbaycanlılar tarixi torpaqlarına qayıdır”.
Politoloq Elxan Şahinoğlunun fikrincə, bu görüş bir daha göstərdi ki, danışıqlardan heç bir müsbət nəticə gözləməyə dəyməz: “Paşinyan həyasızcasına deyir ki, Qarabağ erməni torpağı, onun ətrafındakı rayonlar Qarabağa təhlükəsiz zolağıdır. Aydındır ki, bu tərzdə danışıqlar heç bir nəticə verə bilməz. İlham Əliyev də vurğuladı ki, danışıqlar nəticə verməzə, biz öz tədbirlərimizi görəcəyik. Mənə elə gəlir ki, həmin tədbirlərin görülməsi vaxtıdır”.
Onu da bildirək ki, görüşdə İ.Əliyev dünya birliyinin də Qarabağı Azərb aycan ərazisi kimi tanıdığını söyləyib: “Münaqişə mərhələli şəkildə həll olunmalıdır. Əsas torpaqların azad olunması və qaçqınların geri qayıtmasıdır. Dağlıq Qarabağın statusu növbəti mərhələdə həll oluna bilər. Startus Azərbaycanın ərazi bütövlüyünə zidd olmamalıdır”.
Politoloq Kamran Sultanlının fikrincə Münhen Təhlükəsizlik Konfransı dünyada baş verən böhranların və qlobal risklərin müzakirə edilməsi və tərəflər arasında dialoq baxımından böyük əhəmiyyət kəsb edir: “İlk dəfə idi ki, bu il İlham Əliyev və Paşinyan arasında debat təşkil edildi. Bu disskursiya paneli tarixi həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edirdi. İlham Əliyev və Paşinyan arasında debatda Prezident ortaya detallı faktlar qoydu. Paşinyan daha çox populist və heç bir reallığı əks etdirməyən fikirlər səsləndirdi. Prezident isə onu məhz arqumentlərlə və Paşinyanın bütün ritorikalarına faktlara söykənən arqumentlərlə cavablar verdi. Düşünürəm ki, bu debatın və Prezidentin cavanlarının tarixi həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyəti var. Paşinyanın cavabları gülünc obyekti olacağıq dəqiqdir”.
Politoloq Vasif Əfəndi də Prezidentin münhen görüşündə paşinyana sərt sillə vurduğunu söyləyib: “İlham Əliyevin ən kəsərli sözü "nə zaman dövlət qurmaq istəsəniz başqa ərazilər seçin” ifadəsi oldu.
Paşinyanın Qafqazda yalnız gürcülər və ermənilər olub iddasına isə 20-ci əsrin əvvəllərində İrəvanın əhalisinin 70 faizi türklər olub cavabını verdi. İlham Əliyev bu dinləmdə bütün parametrləri ilə Paşinyanı üstələyirdi0
Azərbaycan prezidentinin çox inamlı görünüşü və səlist diksiyası nəzərəçarpacaq dərəcədə üstün idi.
Paşinyan isə hər zamankı kimi hiyləgər görünüşü və fikirləri ilə yadda qaldı. Bu diskussiyanı izləyən hər kəs ingilis dilini bilməsə belə İlham Əliyevin davranışında onun inamlı olmasını görməyə bilməz”.
V.Əfəndi onu da vurğuladı ki, Paşinyanın daha bir səhvi isə Gornaboy rayonunu Dağlıq Darabağ ərazsi adalnadırmaq oldu. Azərbaycan prezidenti isə dərhal bu iddiya cavab verərək Paşinyanın yalanını üzə çıxartdı: “Prezident İlham Əliyevin isə dərhal buna reaksiya verib: "Şaumyan Dağlıq Qarabağa daxil deyil". İfadəsindən sonra Paşinyan bundan sonra mövzudan yayınmağa çalışsa da, İlham Əliyev bir daha ona Şaumyanın Dağlıq Qarabağa aid olmadını xatıradıb. Bundan sonra isə Paşinyan səhvinə görə üzr istəyib”.