Milli Məclisin iclası başlayıb Siyasət

Milli Məclisin iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası başlayıb.
İclasın gündəliyinə 3 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
2. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
Gündəliyə daxil edilən birinci məsələ (“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (üçüncü oxunuş) karantin dövründə maskadan istifadə tələblərinin pozulmasına görə cərimələrlə, gündəliyə daxil edilən üçüncü məsələ (“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (üçüncü oxunuş) isə əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlərin cərimələnməsi ilə bağlıdır.