"İkinci erməni dövlətinin yaranmasına imkan vermərik" Siyasət

"İkinci erməni dövlətinin yaranmasına imkan vermərik"

İşğalçı Ermənistanda vəziyyət gərginləşib, dünənki təxribat ona baha başa gəlib. Bunu xalqcebhesi.az-a Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov bildirib.

Qeyd edək ki. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində gərginlik yaşanıb. Azərbaycan ordusu Ermənistanın təxribatının qarşısını alıb, düşmən böyük itkilər verərərk susdurulub.

F.Kərimov bildirib ki, dünənki təxribatın qarşısının alınması və ağır zərbələr alan ermənilıərin geri çəkilməsi Paşinyan hakimiyyəti üçün gözlənilən idi: "Ermənistan hakimiyyəti hələ də aprel döyüşlərini yaddan çıxarmayıb. Ona görə də, ermənilər Azərbaycan əsgərindən ağır zərbə alacağını bilir. Erməni tərəfi bunu yaxşı anlayır, lakin pandemiya ilə mübarizə aparıldığı bir vaxtda ermənilərin belə təxribata əl atmaları onların bir millət kimi hələ də formalaşmadığından xəbər verir".

QHT sədri deyib ki, bu gün Ermənistanda həlak olan əsgər analarının üsyanı Paşinyan hakimiyyətinin sonunu yaxınlaşdırır. İşğalçı ölkədə ildən-ilə vəziyyətin gərginləşdiyini deyən F.Kərimov əsgərlərin ordudan qaçdığını, gənclərin hərbi xidmətdən yayındığından ordunun ifllic vəziyyətə düşdüyünü qeyd edib: "Ermənistan yaxşı analyır ki, Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməz. Ordumuz yenilməzdir, əsgərlərimiz qəhrəmandırlar. Əsgərlərimiz öz vətənləri uğrunda canlarını fəda edirlər, ermənilər isə başqa dövlətin ərazisinin işğalında gəbərdilir. Elə buna görə də erməni gənclərin anaları Paşinyanın yaxasından tutub tələb edirlər ki, balalarını nahaq yerə güllə qabağına verdirməsin".

F.Kərimov onu da bildirib ki, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan dövlətçiliynə və ərazi bütövlüyünə yönəldilən hərbi təcavüzə qarşı beynəlxalq mübarizənin formalaşdırılmasına başlanılıb. Ermənistanın həmin cinayətə görə beynəlxalq hüquqi məsuliyyətinin reallaşdırılmasıilə bağlı strategiya bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən güclü siyasi iradə və böyük əzmkarlıqla davam etdirilir: "Ermənistan və onun havadarları birmənalı olaraq bilməlidirlər ki, xalq-iqtidar birliyinin gücü ilə gündən-günə qüdrətlənən Azərbaycan, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə öz torpaqlarını düşmən tapdağından təmizləyərək ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək".
Cavid