İtaliyalı ekspert: Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun məkanıdır Siyasət

İtaliyalı ekspert: Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun məkanıdır

Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun məkanıdır.

Bunu italiyalı ekspert Domeniko Letisiya deyib.

O bildirib ki, Azərbaycanda iki ildən bir keçirilən mədəniyyətlərarası dialoq forumu mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas məkan kimi qəbul edilib:

“Azərbaycan dünyada məşhur multukulturalizm mərkəzidir. Bura müxtəlif mədəniyyət və dinlərin sülh və əmin-amanlıq içində birgə yaşadığı məkandır. Bunu bir çox digər ölkələr haqqında demək olmaz”.

Ekspert vurğulayıb ki, Azərbaycan həm şərq, həm də qərb tərəfdaşları ilə möhkəm münasibətlərə malikdir:

“Azərbaycan dünyanın müxtəlif guşələrindəki ölkələr arasında daha möhkəm əlaqələrin yaradılmasında böyük rol oynayır. Mən Azərbaycanın dinlər arasında dialoqun təşviq olunmasında təcrübəsini müsbət qiymətləndirirəm. Azərbaycanın multikulturalizm modeli daha geniş miqyasda tanınmağa layiqdir. Mən Azərbaycanın keçirdiyi dinlərarası və mədəniyyətlərarası diaqloqun rəqəmsallaşmasını təklif etmək istərdim. Fikrimcə, bu istiqamətdə iş Azərbaycana sülh, demokratiya və müxtəlif konfessiyalar arasında dialoq naminə daha səmərəli işləməyə imkan yarada bilər”.