İsmail Serageldin: BMT Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün bütün imkanlardan istifadə etməlidir Siyasət

İsmail Serageldin: BMT Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün bütün imkanlardan istifadə etməlidir

BMT və Avropa İttifaqı (Aİ) beynəlxalq ictimaiyyətə əvvəllər qəbul edilmiş qətnamələrin icrasının zəruriliyi barədə xatırlatmalıdır.

Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin deyib.

O qeyd edib ki, diplomatlar vacib məsələlərin müzakirəsi üçün görüşərkən “dondurulmuş münaqişələrə” daha çox diqqət ayrılmasına çalışmalıdır:

“Bu münaqişələr arasında Dağlıq Qarabağ ən vacibi və daha çox diqqət tələb edən problemdir. Bir neçə ay əvvəl Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurası bəyanatla çıxış edərək tərəfləri güc tətbiq etməməyə və Azərbaycanın etdiyi kimi münaqişənin dinc yolla həllinin axtarışlarını davam etməyə çağırıb”.

İ.Serageldin əlavə edib ki, BMT öz 75-ci ildönümündə, eləcə də Aİ bu münaqişənin qəti və ədalətli tənzimlənməsinə kömək məqsədilə bütün mümkün diplomatik kanalları işə salmaq üçün imkanlarından istifadə etməlidir:

“BMT və Aİ beynəlxalq ictimaiyyətə əvvəllər qəbul edilmiş qətnamələrin, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının zəruriliyi barədə xatırlatmalı, bu günün qlobal çağırışlarını həll etməli və parlaq gələcəyin əsasını qoymalıdır”.