“Qarabağ məsələsində iki variant var...” Siyasət

“Qarabağ məsələsində iki variant var...”

Erməni siyasi xadim: “Ya Ermənistan ən pis mərhələli varianta razı olur, ya da müharibə başlayacaq”

“Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra liftdə bizə rəqib dövlətin prezidenti ilə görüşür. O, sonuncudan sərhədlərdə sakitliyi təmin etməyi xahiş edir, çünki Ermənistanda öz mövqelərini möhkəmləndirmək probleminə sahibdir”.
Bunu erməni siyasi xadim Ara Vardanyan öz “Facebook” səhifəsində yazıb.
O qeyd edir ki, bunun qarşılığında Nikol iki il sonra Qarabağ məsələsinin həllinin mərhələli variantına getməyə söz verir.
“Ağrı ilə qeyd etməliyəm ki, bu hakimiyyət dövründə Qarabağ məsələsində iki variant var: ya Ermənistan ən pis mərhələli varianta razı olur, ya da müharibə başlayacaq. Ən pisi odur ki, bu müharibədə günahkar tərəf Ermənistan olacaq”, - deyə Vardanyan bildirib.