BMT Tribunasından səslənən Azərbaycanda siyasi dialoq faktı Siyasət

BMT Tribunasından səslənən Azərbaycanda siyasi dialoq faktı

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında videoformatda çıxışında ölkəmizin milli maraqlarından irəli gələn çox mühüm məsələlərə toxundu.
Dövlət rəhbərimiz Azərbaycanda bütün fundemental azadlıqların, hüquqların hər zaman təmin olunduğunu bildirərək, ölkəmizin sabit, müasir və demokratik ölkə olduğunu bildirdi.
Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, "hökumətimizin başlıca prioritetləri sırasında demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, fundemental azadlıqlar mühüm yer tutur. Ölkədə vətəndaş cəmiyyəti inkişaf edir, internet, dini etiqad, sərbəst toplaşma azadlıqları tam təmin edilir. Bir neçə ay öncə biz ölkədə geniş siyasi dialoq təşəbbüsü başlatmışıq.Bütün əsas siyasi partiyalar bu təşəbbüsü dəstəkləyib. Uğurla başlanan bu siyasi dialoq ölkəmizin siyasi sistemini gücləndirəcək, Azərbaycanın dayanıqlı inkişafınına xidmət edəcəkdir."

Göründüyü kimi ölkəmizdə siyasi partiyalarla, siyasi diaoqla bağı prezident İlham Əliyevin tapşırığı ilə Prezident Adminstrsiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ciddi iişlər görür. Şöbə müdiri Ədalət Vəiliyev təşəbbüsə qoşulan bütün siyasi partiyalarla dialoq aparır. Son 5 ay ərzində 10 siyasi partiyanın qurultaylarının keçirilməsi və təsis sənədlərinə edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması, bu xüsusda parlamendə təmsil olunan siyasi partiyaların sayının 9 -dan 11-ə yüksəlməsi, parlamentdə əksər siyasi partiyaların komitə rəhbərliyində təmsil olunması, müxalif siyasi partiyanın parlamentin vitse spikeri seçilməsi, 6 yeni siyasi partiyanın dövlət qeydiyatına alınması, bununla yanaşı siyasi partiyaların aktivləşməsi və s.görülən işlərə əyani sübutdur.

Beləliklə də, bütün bunlar ölkə başçısının çıxışının timsalında Azərbaycanın geniş siyasi daloq platforması kimi beynəlxalq arenaya çıxarıldı.

Rufiz Qonaqov

Prezident yanında QHT-lərə Dövlət Dstəyi Şurasının üzvü, BMAM sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru