İbrahim Kalın: Ankara Bakını dəstəkləyir və Ermənistanın Azərbaycandakı son hərəkətlərini qınayır Siyasət

İbrahim Kalın: Ankara Bakını dəstəkləyir və Ermənistanın Azərbaycandakı son hərəkətlərini qınayır

Ankara Bakını dəstəkləyir və Ermənistanın Azərbaycandakı son hərəkətlərini qınayır.

bu barədə öz "Twitter" səhifəsində Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın yazıb.

İ.Kalın bildirib: "Ermənilərin Azərbaycana hücumunu qətiyyətlə pisləyirik. Ermənistan mülki yaşayış məntəqələrinə hücum edərək və sülh və sabitliyə qarşı çıxdığını bir daha nümayiş etdirərək atəşkəsi pozdu. Beynəlxalq ictimaiyyət bu təhlükəli təxribatları dərhal dayandırmalıdır".

Türkiyə prezidentinin nümayəndəsi əlavə edib ki, Ankara "bu hücumlar fonunda" Bakını dəstəkləyir.