Livanlı vəkil: BMT Ermənistanın hərbi təxribatlarını dayandırmalıdır Siyasət

Livanlı vəkil: BMT Ermənistanın hərbi təxribatlarını dayandırmalıdır

BMT Təhlükəsizlik Şurası dövlət səviyyəsində terror siyasəti həyata keçirən və təəssüf ki, bir sıra ölkələr tərəfindən dəstəklənən Ermənistanı dərhal dayandırmalıdır.

Bunu livanlı vəkil, xarici siyasət üzrə ekspert Tarik Şandib öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti və Ermənistan xalqı başa düşməlidir ki, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini qaytarmayanadək regionda sülh olmayacaq:
“Hər kəsə məlumdur ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və yalnız Ermənistan regionda münaqişənin gərginləşməsinə görə məsuliyyət daşıyır”.

Ekspert, həmçinin Azərbaycan xalqını əks-hücum əməliyyatı çərçivəsində uğurlarla əlaqədar təbrik edib.