Ceyhun Bayramov: XİN diplomatik korpusu məlumatlandırıb Siyasət

Ceyhun Bayramov: XİN diplomatik korpusu məlumatlandırıb

Sentyabrın 27-də səhər saat 6 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan tərəfə atəş açıb növbəti təxribat törədib. Mülki şəxslər arasında ölən və yaralananlar var. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks əməliyyata başlayıb. Trend-in məlumatına görə, bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib. ƏTRAFLI AutoLux Onun sözlərinə görə, bu hadisədən sonra Prezident Azərbaycan xalqına müraciət etdi: "Xarici İşlər Nazirliyi bu barədə diplomatik korpusu məlumatlandırıb və bəyanatlar yayıb".