Hikmət Hacıyev: Bəzi beynəlxalq təşkilatlar qərəzli mövqe nümayiş etdirir Siyasət

Hikmət Hacıyev: Bəzi beynəlxalq təşkilatlar qərəzli mövqe nümayiş etdirir

Azərbaycan Ermənistanı həmişə sülhə çağırsa da ermənilər Azərbaycana qarşı təxribatlara əl atır.

Bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin narahatlığını başa düşürük.amma beynəlxalq ictimaiyyətə bildiririk ki Ermənistan işğala son qoymalıdır. Bəzi beynəlxalq təşkilatlar qərəzli mövqe nümayiş etdirir. Erməni lobbisinin maliyyəsi ilə maliyyələşən bəzi qrumlar bizim mövqeyimizi nəzərə almadan qərəzli bəyanatlar yayıblar. Azərbaycan Respublikasına qarşı müharibə aparılır. Azərbaycan ərazisinə qarşı 30 ildir ki müharibə aparılır.