Narışkin: “Azərbaycanla Ermənistan arasında münaqişənin eskalasiyası təəssüf doğrurur” Siyasət

Narışkin: “Azərbaycanla Ermənistan arasında münaqişənin eskalasiyası təəssüf doğrurur”

“Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağda münaqişənin eskalasiyası təəssüf doğurur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.

Onun sözlərinə görə, bu münaqişəni ancaq siyasi-diplomatik yolla həll etmək olar.

“Sözsüz ki, Azərbaycanla Ermənistan arasındakı münaqişənin eskalasiyası təəssüf doğurur. Təəssüflər olsun ki, itkilər var, tərəflər ağır silahlar tətbiq edir. Görürük ki, bu məsələni ancaq siyasi-diplomatik metodlar tətbiq etməklə həll etmək olar. Rusiya hər zaman mümkün olan hər yolla sülhə nail olmağa çalışacaq”, - deyə S. Narışkin vurğulayıb.