Peskov: “Moskva Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Ankara ilə tam təmasdadır” Siyasət

Peskov: “Moskva Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Ankara ilə tam təmasdadır”

“Moskva Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı Ankara ilə tam təmasdadır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Dünən Xarici İşlər nazirləri xətti ilə Ankara ilə təmaslar olub. Rusiya tərəfi Türkiyə ilə tam təmasdadır”, deyə Kremlin sözçüsü Rusiya və Türkiyə prezidentləri arasında Dağlıq Qarabağla bağlı telefon danışığının planlaşdırılması ilə bağlı suala cavabında vurğulayıb.