Matviyenko: “Dağlıq Qarabağ ətrafında vəziyyət olduqca təhlükəlidir” Siyasət

Matviyenko: “Dağlıq Qarabağ ətrafında vəziyyət olduqca təhlükəlidir”

“Dağlıq Qarabağ ətrafında vəziyyət olduqca təhlükəlidir, genişmiqyaslı hərbi qarşıdurmaya çevrilmək təhlükəsi var”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

O, Ermənistan və Azərbaycanı atəşi dərhal dayandırmağa çağırıb.

V. Matviyenko bildirib ki, münaqişənin hərbi həlli yoxdur.

“Rusiya vəziyyətin sülh yolu ilə nizamlanması üçün Azərbaycan və Ermənistana mümkün yardımı etməyə hazırdır. Rusiya bütün məsul dünya güclərini münaqişəyə hər hansı bir formada müdaxilədən çəkinməyə çağırır”, - deyə V. Matviyenko vurğulayıb.