Qırğızıstanın sabiq baş naziri: Heç kimin BMT TŞ-nin Qarabağ münaqişəsi ilə bağlı qətnamələrə etinasız yanaşmaq hüququ yoxdur Siyasət

Qırğızıstanın sabiq baş naziri: Heç kimin BMT TŞ-nin Qarabağ münaqişəsi ilə bağlı qətnamələrə etinasız yanaşmaq hüququ yoxdur

Heç kimin BMT Təhlükəsizlik Şurasının (TŞ) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrə etinasız yanaşmaq hüququ yoxdur.

Bunu Qırğızıstanın sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Coomart Otorbayev deyib.

O bildirib ki, beynəlxalq ictimaiyyət 30 il ərzində Azərbaycan ərazilərinin qanunsuz işğalı problemini həll edə bilmir:

“BMT öz nüfuzunu bərpa etmək və Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirmək üçün müdaxilə etməlidir”.