Vaqif Dərgahlı: Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı ilə vurulması erməni hərbi təbliğatının növbəti fantaziyasıdır Siyasət

Vaqif Dərgahlı: Ermənistana məxsus Su-25 təyyarəsinin F-16 qırıcısı ilə vurulması erməni hərbi təbliğatının növbəti fantaziyasıdır

Erməni KİV-nin Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, erməni tərəfinin yaydığı bu tip məlumatlar təxribat xarakteri daşıyır və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə yönəlib.