İranlı deputat Ermənistanın silahlandırılmasını pisləyib Siyasət

İranlı deputat Ermənistanın silahlandırılmasını pisləyib

Ermənistanı hərbi cəhətdən gücləndirmək üçün atılan istənilən addım pislənilir.

Bunu İran parlamentinin deputatı Əhməd Əlirza Beygi "Instagram" səhifəsində yazıb.

Ə.Əlirza Beyginin sözlərinə görə, Azərbaycan torpaqları işğal olunub və işğaldan azad edilməlidir.

Əlirza Beygi bildirib ki, azərbaycanlı gənclər işğal olunmuş əraziləri azad edəcəklərinə inanırlar.

“Biz Dağlıq Qarabağın azad edilməsini dəstəkləyirik” –deyə iranlı deputat qeyd edib.