Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Vətəndaşlar Ali Baş Komandana yazır: “Sizin qətiyyətiniz cəbhədə qazanılan və qazanılacaq zəfərlərin təminatıdır”

Vətəndaşlar Ali Baş Komandana yazır: “Sizin qətiyyətiniz cəbhədə qazanılan və qazanılacaq zəfərlərin təminatıdır” Siyasət

Vətəndaşlar Ali Baş Komandana yazır: “Sizin qətiyyətiniz cəbhədə qazanılan və qazanılacaq zəfərlərin təminatıdır”

Vətəndaşlar Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə məktublar göndərirlər.

Məktublardan bir neçəsini təqdim edirik:

“Hörmətli cənab Prezident.

Ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Sizin rəhbərliyinizlə Qələbəyə doğru inamla addımlayır.

Ucar rayonunda məskunlaşmış məcburi köçkünlər Ordumuzun hər nailiyyətinə ürəkdən sevinirlər. Artıq böyük köçə, doğma yurdlarımıza qayıtmağa hazırıq.

Əziz Prezidentimiz, biz məcburi köçkünlər daim Sizinləyik, bütün qərarlarınızı dəstəkləyirik. İnşallah, Sizinlə qayıdıb abadlaşdıracağımız doğma torpaqlarda görüşərik.

Hörmətlə,

Əmirov Tələt Əli oğlu, məcburi köçkün, II qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Ucar rayonu”.

“Hörmətli cənab Prezident.

Uğurlarımız böyükdür, ordumuz qalibdir. Böyük Qələbə, bayrağımızın Şuşada dalğalanacağı gün uzaqda deyil.

Biz Qayıdış qəsəbəsində məskunlaşmışıq. Füzuli rayonunun kəndlərinin, o cümlədən kənd Horadizin azad edilməsi hamımızın böyük sevincinə səbəb oldu. Bizə bu sevinci yaşatdığınıza görə Sizə və şanlı ordumuza minnətdarıq.

Füzulililər fərəh və qürur içindədirlər. Allah Sizi qorusun. Yaşasın, qalib Azərbaycan!

Hörmətlə,

İsmayılov Ramil Əyyub oğlu

Heydərov Tehran Əbil oğlu

İbişov Taryel Kazım oğlu.

Azərbaycan Respublikası, Füzuli rayonu, Qayıdış-1 qəsəbəsi”.

“Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan

Milli Ordumuza azadlıq mübarizəsinə başlamaq əmri verdiyinizə görə Sizə təşəkkür edirəm. Şanlı Ordumuzun iki gün ərzində qazandığı uğurlara görə Sizi qəlbən təbrik edirəm. Müharibənin ilk günündən Sizin qətiyyətiniz, mahir komandanlıq istedadınız bütün türk dünyasını valeh edib.

Bizim apardığımız müharibə ədalətli müharibədir, torpaqlarımız tezliklə yağı düşməni tapdağından azad edəcəyik.

Cənab Prezident, Azərbaycan xalqı, o cümlədən alimləri, ziyalıları daim Sizinlədirlər. Qarabağ Azərbaycandır!

Tanrı Sizə, xalqımıza, dövlətimizə və ordumuza yar olsun.

Dərin hörmətlə,

Quliyev Musa Nizam oğlu, professor, tarix elmləri doktoru, Əməkdar müəllim.

Azərbaycan Respublikası, Bakı şəhəri”.

“Hörmətli cənab Prezident.

Sizi ilk qələbə xəbərləri münasibətilə təbrik edirəm. Mən əslən Cənubi Azərbaycandanam. Həyat yoldaşım Azərbaycan vətəndaşıdır. Bakıda yaşayan ailəmiz bir əsgər böyüdür.

Ailəlikcə hamımız canımızı Azərbaycan yolunda fəda etməyə hazırıq. Hamımız Sizin arxanızdayıq. Allah Sizi qorusun.

İnşallah, Sizin rəhbərliyinizlə işğala son qoyulacaq. Yaşasın, Azərbaycan!

Hörmətlə,

Mehran Hematyar.

Azərbaycan Respublikası, Bakı şəhəri”.

“Hörmətli cənab Prezident!

Sizin komandanlığınızla qısa müddət ərzində əldə olunan uğurlar hər bir vətəndaş kimi, məni də çox qürurlandırdı. Otuz illik Qarabağ həsrətinə son qoymaq üçün gördüyünüz işlər tarix dərsliklərində əsrlər boyu öyrəniləcək.

Möhtərəm Ali Baş Komandan, Sizi daim dəstəkləyir və Zati-alinizə dərin minnətdarlığımızı bildiririk. Var olun, cənab Prezident!

Hörmətlə,

Həşimov Mirnihad.

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır qəsəbəsi”.

“Cənab Ali Baş Komandan.

İlk növbədə, bizə günlərdə yaşatdığınız hədsiz sevinc və qürur hislərinə görə Sizə və şanlı Ordumuza təşəkkürümü bildirirəm. İllərdir görmədiyimiz, atalarımızın, babalarımızın haqqında həsrətlə danışdıqları torpaqlarımıza bir addım da yaxınlaşdığımızı hiss etmək bizi o qədər xoşbəxt edir ki, biz “Budur, Azərbaycanın şanlı Ordusunun gücü!” deyir və qələbəyə daha da ürəkdən inanırıq.

Sizin dəfələrlə xəbərdarlığınıza baxmayaraq, mənfur qonşularımız atəşkəsi pozmaqdan, mülki vətəndaşlarımızı öldürməkdən çəkinmədilər. Ordumuzun düşmənin ön xəttini bir neçə saata darmadağın etməsi göstərdi ki, bizim üçün işğalçıları torpaqlarımızdan təmizləmək çox asandır. Bu haqq yolunda Sizə və şanlı Ordumuza uğurlar arzu edir, dualarımızın Sizinlə olduğunu bildirəm. Lazım olarsa, mən də son damla qanımadək Vətən yolunda, torpaq yolunda döyüşməyə hazıram.

Azərbaycan gəncliyi Sizin yanınızdadır, cənab Ali Baş Komandan! Baxmayaraq ki, bu məktubu Sizə Bakıdan yazıram, əminəm, tezliklə doğma Qarabağdan - Xocalıdan yazacağam.

Hörmətlə,

Quliyeva Bahar Mahir qızı.

Azərbaycan Respublikası, Qaradağ rayonu”.

“Hörmətli cənab Prezident.

Bu, mənim Sizə ilk məktubumdur. Həyəcandan necə başlayacağımı bilməsəm də, nə yazmaq istədiyimi dəqiq bilirəm. Son iki gündə böyük fərəh hissi yaşayıram. Azərbaycanlı olmağımdan və Sizin kimi qətiyyətli Prezidentimizin olmasına görə qürur hissi duyuram.

Əminəm ki, çoxsaylı təşəkkür məktubu alırsınız. Mən də bu məktubumla xalqımız üçün gördüyünüz işlərə görə Sizə təşəkkür etməyi özümə borc bilirəm.

Vətənlə fəxr etdiyimizi, liderimizlə qürur duyduğumuzu, şərəflə azərbaycanlı olduğumuzu söyləyən anlarda keçirdiyimiz hislər Sizin sayənizdədir. Xalqımız inanırdı ki, gün gələcək və hər şey həqiqətən də yaxşı olacaq. Həmin gün yaxındadır. Çox sağ olun, cənab Prezident!

Bu gün Azərbaycan beynəlxalq arenada öz sözünü deyən ölkədir. Əminəm ki, yaxın gələcəkdə torpaqlarımızı işğaldan azad edəcək, Azərbaycan bir cənnət parçası olacaq, hamımız Vətənimizdə başıuca, qürurla gəzəcəyik.

Hörmətlə,

Səmədov Lətif Fuad oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu”.

“Hörmətli cənab Prezident.

Əminik ki, Sizin rəhbərliyinizlə Qarabağımız qısa müddət ərzində işğaldan azad olunacaq. Ya Qarabağ, ya ölüm! Bizim başqa yolumuz yoxdur”

Artıq illərlə gözlədiyimiz gün gəlib çatıb. Biz Sizə inanırıq. Sizin uğurlu daxili və xarici siyasətiniz güclü Azərbaycan Ordusunu formalaşdırdı. Həmin siyasət və güclü ordu ilə yaxın gələcəkdə torpaqlarımızı azad edəcəyik. Bu günü bizə yaşatdığınıza görə Sizə təşəkkür edir, Sizinlə fəxr edirik.

Yaşasın, Azərbaycan Ordusu! Var olsun, cənab Ali Baş Komandan!

Hörmətlə,

Gülverdiyev İsmayıl Gülbala oğlu

Hüseynov Elşən Elmixan oğlu

Adıgözəlov İsmayıl Gülbaba oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.

“Möhtərəm cənab Prezident.

Xalqımızın, hər bir sadə vətəndaşın ürəyi bu tarixi günlərdə fəxrlə döyünür, hər birimiz televiziya ekranlarının qarşısında qürurla zəfər sorağındayıq. Mənfur düşmənlərimiz özləri insaniyyətə zidd ideologiyalarının qurbanına çevrilərək silahımızın gücü qarşısında aciz qalıblar. Azərbaycanımızın Sizin müdrik rəhbərliyiniz sayəsində əldə etdiyi qələbələr, ölkəmizin dünya arenasında artan nüfuzu, gənclərin Vətənə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması erməni-faşist rejiminin gününü qara edib.

Əziz Prezidentimiz, Siz Azərbaycanı alınmaz qalaya, şanlı Ordumuzu yenilməz qüvvəyə çevirmisiniz. Düşmən məhv edilir, qaçır. Azərbaycan əsgəri müqəddəs andına sadiq qalaraq torpağımızı azad edir. Biz qələbəni gözləyirdik, cənab Prezident! Bu qələbə sevincini bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan həkimləri və müəllimləri Sizin müsəlləh əsgərlərinizdir. Ali Baş Komandanımızın bizi tam qələbəyə çatdıracağına tamamilə əminik.

Biz həmişə sizinləyik.

Hörmətlə,

Vaqif Şadlinskidən, Əməkdar elm xadimi, professor.

Azərbaycan Respublikası, Bakı şəhəri”.

“Cənab Prezident.

Son zamanlar ölkəmizdə pandemiya və müharibə ilə bağlı verdiyiniz qərarlar, gördüyünüz tədbirlər və yürütdüyünüz uğurlu siyasətiniz sayəsində xalqımızda ruh yüksəkliyi yaratdığınız üçün Sizə təşəkkürümüzü bildiririk. Şübhə yoxdur ki, işğal altında olan torpaqlarımız da Sizin siyasətiniz, ordumuzun gücü, və xalqımızın dəstəyi sayəsində erməni təcavüzkarlarının tapdağından azad olunacaq. Qələbə Azərbaycanındır.

Zaqatala rayonunun dindarları adından dərin hörmətlə,

Bilalov Malik Abdurahman oğlu

Musayev Rasim Əhmədiyə oğlu.

Azərbaycan Respublikası, Zaqatala rayonu”.

“Möhtərəm cənab Prezident.

Bütün Azərbaycan xalqı kimi, biz ağbirçək analar da ermənilərin Vətənimizin torpaqlarının işğalını, xalqımıza qarşı soyqırımı siyasətini davam etdirməsinə bu gün də şahidik və bu hadisələri ürək ağrısı ilə izləyirik, düşmənə qarşı nifrətimiz daha da artır. Biz analar övlad itkisinin ağırlığını daha çox hiss edirik. Lakin yaxşı başa düşürük ki, Vətən itkisi bundan da dəhşətlidir. Odur ki, bu gün övladlarımızın ərazi bütövlüyümüzü bərpa edərək gələcək nəsillərə-nəvələrimizə miras qoymasını müqəddəs and və borc hesab edirik.

Bu gün müstəqilliyimizin qorunması, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda bütün xalqımız kimi, biz ağbirçək analar da ölüm-dirim mübarizəsinə qoşulmağa hazırıq.

Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi Sizinlə fəxr edirik. Biz hamımız yaxşı başa düşürük ki, Sizin xalqa arxalanaraq yenilməz siyasi iradəniz, rəhbər qətiyyətiniz, zəngin idarəetmə təcrübəniz, dünyada gedən proseslərə dərindən bələd olmağınız, baş verən hadisələrin səbəblərinin təhlili zamanı yüksək məharət və bacarığınız, qurduğunuz güclü Azərbaycan Ordusunun fəaliyyəti sayəsində torpaqlarımız tamamilə və tezliklə düşmən tapdağından azad ediləcəkdir.

Əziz Prezidentimiz, Ali Baş Komandan, biz Sizə inanırıq, Sizinlə birlikdəyik.

Allah Sizi, xalqımızı və Ordumuzu qorusun.

Düşmən üzərində qələbə arzusu və diləyi ilə.

Qazıyeva Sona Həmzət qızı.

Azərbaycan Respublikası, Zaqatala rayonu”.

“Cənab Ali Baş komandan İlham Əliyev.

Sizinlə qürur duyuram. Azərbaycan xalqı Sizinlə qürur duyur, Sizin düzgün siyasətinizi alqışlayır. Mən gələcəyin jurnalisti kimi söz verir və and içirəm ki, Azərbaycanı xarici ölkələrdə tanıdacağam. Qürurla deyəcəyəm ki, “Mən fəxr edirəm ki, güclü, vüqarlı, şanlı vətənim Azərbaycanın övladıyam. Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Sərdarlı Elmin Məftun oğlu.

Azərbaycan Respublikası, Quba rayonu, Amsar kəndi”.

“Cənab Prezidentimiz İlham Əliyev.

Əvvəla, hər zaman xalqımızın yanında olduğunuz üçün Sizə sonsuz dərin təşəkkürümü bildirirəm. Bu gün isə Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığınız üçün Sizə minnətdaram. Artıq üç gündür ki, böyük addımlarla zəfərə doğru gedirik. Əminik ki, Azərbaycan Ordusu daha da irəli gedəcək. Çünki artıq gücümüzlə dünyaya səs salmışıq. İnşallah, Qələbə bizimdir, Qarabağ bizimdir.

Allahdan Sizə səbir, dözüm, daha təmkinli olmağı diləyirəm. Bütün Azərbaycan xalqına, xüsusən də bu gün səngərdə vuruşan igidlərimizə Ulu Tanrıdan cansağlığı, möhkəm olmağı, içlərindəki Vətən sevgisinin daha da artmasını diləyirəm.

Cənab Prezident, biz Sizinləyik. Hər bir vətəndaş əmindir ki, bizim zəfərə sayılı günlərimiz qalıb. Çünki bizim güclü ordumuz, qorxmaz millətimiz var. Qarabağ Azərbaycandır, Qarabağ bizimdir!

Hörmətlə,

Şəmmədova Gülnarə Qədir qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.

“Hörmətli cənab Prezident.

Bu gün Azərbaycanda xalqı, Azərbaycan Ordusu vahid məqsəd, ümummilli hədəflər uğrunda mübarizədə Sizin ətrafınızda sıx birləşib. Bu birlik sayəsində Azərbaycan Ordusu mənfur düşmən üzərində qətiyyətli və tam qələbə ilə zəfər çalacaq.

Bu haqq yolunda canımızla, qanımızla əmrinizdəyik. Allah Sizi qorusun, Ordumuza kömək olsun. Qələbə xalqımızın haqqıdır.

Hörmətlə,

Mürsəlov Aqşin Mirzə oğlu.

Azərbaycan Respublikası, İmişli rayonu, Mirili kəndi”.

“Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan.

Sizin qətiyyətiniz cəbhədə qazanılan və qazanılacaq zəfərlərin təminatıdır. Vətənin müdafiəsi naminə gördüyünüz işlərdə xalqımızın hər bir üzvü Sizin arxanızdadır. Vətənin hər bir qarışından ötrü canımızdan keçməyə belə hazırıq.

Sizinlə qürur duyuram. Bu günləri bizə nəsib edən Allahdan Sizə cansağlığı, başladığınız işi zəfərlə başa çatdırmağı arzulayıram.

Mən fəxr edirəm ki, azərbaycanlıyam!

Hörmətlə,

İsmayılov Samir Ağarza oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu”.

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

İlk növbədə, bizlərə sevinc dolu günlər yaşatdığınız üçün çoxsaylı təhsil işçiləri, bütün Azərbaycan xalqı adından Sizə dərin təşəkkürümü bildirirəm.

Rəşadətli Ordumuzun hazırki zəfər yürüşü Sizin müdrik siyasətinizin, gərgin əməyinizin məntiqi nəticəsidir. Sizin adınız Azərbaycanın görkəmli sərkərdələri sırasına qızıl hərflərlə yazılacaq.

Hər zaman olduğu kimi, indi də Sizə güvənir, Sizinlə qürur duyuruq. Bu çətin günlərdə ordumuza əlimizdən gələn köməyi etmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu gün Azərbaycan Sizin sayənizdə güclü, müasir silah-sursatla təchiz olunmuş orduya malikdir.

İnşallah, azad edilən ərazilərdə böyük quruculuq işlərinə başlanacaqdır. Biz həmin işlərin də öhdəsindən birlikdə gələcək, Qarabağı çiçəkləndirəcəyik.

Hörmətlə,

Zeynalova Nigar, dosent, pedaqogika üzrə fəlsəfə doktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.

“Hörmətli Prezident, cənab Ali baş komandan.

Sizin rəhbərliyinizlə ordumuz düşmən üzərində üstünlük qazanmaqda davam edir. Biz əminik ki, ordumuz tezliklə işğal altında olan torpaqlarımızı işğalçılardan təmizləyəcək və xalqımız Qarabağda, Şuşada öz milli bayramlarını qeyd edəcək.

Cənab Ali Baş Komandan, qəhrəman Tərtər gənci olaraq hər an döyüşə qatılmağa hazıram.

Hörmətlə,

Rüstəmov Anar Maksim oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu, Bəyimsarov kəndi”.

“Hörmətli cənab Prezident.

Sizin hər bir qərarınız xalqımızın gələcəyi, firavan həyatı, xoş günləri üçün qəbul edilir. Koronavirus pandemiyasına qarşı görülən tədbirlər Azərbaycanı bu bəladan ən az itkilərlə qurtulan ölkələr siyahısına saldı. Buna görə də xalqımız qəbul etdiyiniz hər bir qərarı alqışlayır.

Cənab Ali Baş Komandan, Təhlükəsizlik Şurasının son iclasındakı çıxışınızı dinləyərkən ürəyim dağa döndü, qələbə müjdələri gözlərimi sevinc göz yaşları ilə doldurdu.

Cənab Prezident, cəbhəyə yollanmaq üçün əmrinizi səbirsizliklə gözləyirəm. Sizə sevgim, güvənim sonsuzdur. Bizə yaşatdığınız sevincə görə Sizə dərin minnətdarliğımı bildirirəm. Məktubumu hamımızın şüarına çevrilmiş sözlərinizlə bitirmək istəyirəm: “Qarabağ Azərbaycandır!”

Hörmətlə,

Qurbanov Elnur.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu”.