Makron Putin və Trampla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etməyi planlaşdırır Siyasət

Makron Putin və Trampla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etməyi planlaşdırır

Fransa Prezidenti Emmanuel Makron rusiyalı və amerikalı həmkarları Vladimir Putin və Donald Trampla telefon danışıqları keçirməyi planlaşdırır.

Bu barədə Fransa prezidenti Latviyaya səfəri zamanı mətbuat konfransında deyib.

O bildirib ki, Dağlıq Qarabağda yaranmış vəziyyəti müzakirə etməyi planlaşdırır:

"Bu mövzu ilə səlahiyyətli vasiəçilər qrupu, Fransa, Rusiya və ABŞ-ın daxil olduğu Minsk qrupu məşğul olur. Biz eskalasiyanın ilk saatlarından öz tərəfdaşlarımızla həm XİN rəhbərləri, həm də prezidentlər səviyyəsində təmasdayıq. Bu axşam mən prezident Putinlə, sabah isə prezident Trampla əlaqə yaratmağı və yaranmış vəziyyətlər fikir mübadiləsi aparmağı planlaşdırıram".