Misirli baş redaktor: Beynəlxalq təşkilatlar və dini liderlər işğalçı Ermənistana təzyiqi gücləndirməlidir Siyasət

Misirli baş redaktor: Beynəlxalq təşkilatlar və dini liderlər işğalçı Ermənistana təzyiqi gücləndirməlidir

Misirin “Rayət-Misr” və “Tahya Masr” qəzetlərinin baş redaktoru Məhəmməd Rəfət Azərbaycanın işğal altında olan torpaqlarında son günlər Ermənistanla baş verən döyüşlər haqqında məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, misirli jurnalist işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təxribat xarakterli hücumlarını, dinc əhalini öldürməsini, mülki obyektləri hədəfə almasını sərt şəkildə qınayıb.

Baş redaktor məqaləsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində soyqırımı törətməsi, çox sayda dinc əhalini qətlə yetirməsi, işğal olunmuş Azərbaycan ərazilərində tarixi, dini və mədəni abidələri məhv etməsi, məscidləri murdarlayaraq orada mal-qara və donuz saxlaması ilə bağlı məlumatları diqqətə çatdırıb.

Misirli jurnalist beynəlxalq ictimaiyyətə, xüsusilə də dini liderlərə müraciət edərək, onları işğalçı siyasətinə son qoyması üçün Ermənistana təzyiqi gücləndirməyə çağırıb.

M.Rəfətin məqaləsini Misirin “Alwasela”, “Alwatanemag”, “Alhwar” saytları da yayıb.