Türkiyə parlament sədrinin iştirakı ilə Milli Məclisin iclası başlayıb Siyasət

Türkiyə parlament sədrinin iştirakı ilə Milli Məclisin iclası başlayıb

Milli Məclisin payız sessiyasının növbəti iclası başlayıb.

Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda əvvəlcə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop çıxış edəcək.

Daha sonra “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa dəyişiklik layihəsi, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik layihəsi isə müzakirəyə çıxarılacaq.