Azərbaycan Ordusu öz qələbə salnaməsini yazır - Deputat Siyasət

Azərbaycan Ordusu öz qələbə salnaməsini yazır - Deputat

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qələbə marşı davam edir. Rəşadətli Azərbaycan ordusunun erməni işğalçıları tərəfindən işğal olunmuş, 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızın işğaldan azad olması uğrunda apardığı zəfər yürüşü davam edir. Şanlı ordumuz tərəfindən bu günə kimi Cəbrayıl şəhəri, Fizuli şəhəri, Zəngilan şəhəri, Hadrud qəsəbəsi, Mincivan qəsəbəsi və 115 kənd düşmən işğalından azad edilib. Hər gün qəhrəman Ordumuzun döyüş meydanlarında əldə etdiyi yeni-yeni qələbələr və düşmənə vurulan ağır zərbələr, düşmənin itkiləri ilə bağlı məlumatlar əldə edirik.

Bu günə kimi düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götrülüb. 50 ədəd piyadaların döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. 17 ədəd özüyürüyən artileriya qurğusu, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götrülüb. 25 qumbaraatan hərbi qənimət kimi götrülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS”, bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Üç TOR, qırxa yaxın OSA, beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Düşmənin altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi- “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. Bundan əlavə düşmənin 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatla dolu olan yük avtomobili olub. 102 yük avtommaşını hərbi qənimət kimi götürülüb. Rəşadətli Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz Qələbə salnaməsini yazır. Cənab Prezident demişdir “ Azərbaycan ordusu Ermənistana onların layiq olduğu yeri göstərir. Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Hər gün Azərbaycan bayrağı işğaldan azad olmuş yeni yaşayış məntəqələrində ucalır. Ermənistanın faşist ordusu ilə təkbaşına vuruşan Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur”

Nəhayət uzun müddətdən sonra Azərbaycan xalqının həsrətinə son qoyulur. Rəşadətli Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunur. Şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqları geri qaytarır. İnanırıq ki, Rəşadətli Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan bütün torpaqlarımızı işğaldan azad edəcək və Azərbaycan bayrağı Xankəndidə, Şuşada və işğaldan azad olunan digər yaşayış məntəqələrimizdə qaldırılacaq. Qəhrəman Ordumuzun böyük qələbəsi ilə başa çatacaq bir zəfər yürüşü Azərbaycan xalqının, dövlətinin və ordumuzun şanlı qələbə salnaməsi kimi yaddaşlarda əbədi qalacaq.

Rauf Əliyev

Milli Məclisin deputatı