Ermənilərdən Fransa kanalına təhdid: Rəhbərliyi ölümlə hədələyirlər - FOTO Siyasət

Ermənilərdən Fransa kanalına təhdid: Rəhbərliyi ölümlə hədələyirlər - FOTO

Erməni icması sosial şəbəkələrdə TF1 kanalını və jurnalistini təhqir edib, təhdidlər yağdırıb.

TF1-in ən populyar "Saat 20:00" xəbərlərində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı reportaj yayımlandıqdan sonra icma jurnalist Liza Bdulunu kütləvi təhqir edib, təhdidlər yağdırıb. Fransa Erməni Təşkilatları Şurasının həmsədri Papazyan TF1-ə qarşı kütləvi etiraza çağırış edib.

Təkliflər səslənib ki, kanal boykot edilsin, qarşısında mitinq keçirilsin. Hətta jurnalisti öldürməyi təklif edən də var. Ermənilərin kütləvi təhdidindən sonra sözügedən kanal reportajın linkini saytdan yığışdırıb. Bununla belə kanala qarşı etirazlar davam edir. Hətta TF1 kanalının rəhbərliyindən bəzilərinin başının kəsilməsini belə yazırlar.