Kamilə Əliyeva: Ermənistan rəhbərliyi vətəndaşlarını zorla Qarabağa döyüşə göndərir Siyasət

Kamilə Əliyeva: Ermənistan rəhbərliyi vətəndaşlarını zorla Qarabağa döyüşə göndərir

Bu gün Ermənistan rəhbərliyi vətəndaşlarını zorla Qarabağa döyüşə göndərir. Artıq Ermənistan cəmiyyəti Azərbaycan Ordusunun gücünü görür və bu ordu ilə vuruşmaqla özlərini ölümə məhkum etdiklərini başa düşürlər. Başa düşürlər ki, onlar başqa dövlətin torpaqlarında döyüşə göndərilir. Bunu Ermənistan Ordusundan əsir düşmüş hərbçilərin dedikləri də sübut edir. Buna görə də Ermənistan vətəndaşları istənilən yolla döyüşə getməkdən imtina edirlər. Görün nə həddə gəlib çatıblar kı, COVID -19 xəstəliyindən də manipulyasiya edirlər.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, erməni gəncləri, özlərini koronavirusa yoluxmuş kimi göstərməyə razıdırlar, nəinki Qarabağa döyüşə getsinlər. Bu cür hiyləgər və şərəfsiz fikirlər heç bir xalqın ağlına gəlməzdi, lakin ermənilər bunu da etdilər.

“Ermənistanda fərarilik, ordudan yayınma hallarının baş verməsi bir daha Ermənistan ordusunda ruh düşkünlüyünün olmasını açıq-aydın göstərir. Digər tərəfdən Ermənistanda sosial vəziyyət o qədər ağırdır ki, artıq cəmiyyətdə rüşvətxorluq və korrupsiya halları pik həddinə çatıb. Bu artıq Ermənistanın iflasını və məğlubiyyətinin yaxınlaşmasının təzahürüdür.