Prezident İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik Siyasət

Prezident İlham Əliyev: Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik

Bir aya yaxındır ki, ikinci Qarabağ mühaqribəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan aqzad edirik, bu müddət ərzində Şanlı Azərbycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır.

Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri oktyabrın 26-da xalqa müraciətində səsləndirib.

“Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub və Qarabağ tarxini biz yaxşı bilirik və bu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülüb. Çünki 1990-cı illərin əvvəllərində Azərbaycan haqqında, ümumiyyətlə, dünyada o qədər də böyük təsəvvür yox idi. Ancaq bir çox ölkələrdə fəaliyət göstərən erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münqiaşənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyada, dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə torpaqlarımız işğal altında düşə-düşə bizə qarşı sanksiyalar tətbiq edilmişdir və bu sanksiyalar bu günə qədər qüvvədədir”, - deyə dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev deyib: “Müstəqilliyimizin ilk mərhələsində Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir: “Təsəvvür edin. O vaxt Azərbyacan diplomatiyası erməni yalanının qarşısına heç bir arqument gətirə bilməmşdir. Son illər ərzində ardıcıl fəaliyyət nəticəsində biz dnüya ictimaiyyətini Qarabağın tarixi ilə bağlı, münqiaşənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq və bütün bu görülən işlər bax bu gün bizə köməklik göstərir, çünki artıq dünyada bu məsələ ilə bağlı daha obyektiv fikir var, daha obyektiv təsəvvür var. Məhz bizim yorulmaz səylərimiz nəticəsində buna nail ola bilmişik”.