Məğlub komandanın azerkeşləri – Minsk “üçlüyü” Siyasət

Məğlub komandanın azerkeşləri – Minsk “üçlüyü”

Ermənistan 1994-cü ildən başlayaraq, atəşkəs sazişinə münasibətdə necə davranırdısa, yenə də ənənəsinə uyğun “yol”una davam edir.
Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum, sülhə məcburetmə əməliyyatı keçirərək döyüş meydanında böyük üstünlüklərə sahiblənən, işğalçı ölkənin ordusunu məğlubiyyətə düçar edən Azərbaycan, bütün bunlara baxmayaraq, düşmənə hər dəfə daha ağır itkilərə məruz qalmaması üçün şans verir, amma resursları tükənən, qocaları, uşaqları, qadınları cəbhəyə göndərən quldur və terror dövləti razılaşmaları dəqiqə fərqi ilə pozmaqda davam edir.
Ermənistanın siyasi rəhbərliyi bir tərəfdən dünya liderlərinin qarşısında diz çöküb atəşkəs istəyir, digər tərəfdən isə yalvarışlar və Azərbaycanın məırhəməti nəticəsində əldə edilən razılaşmaya əməl etmir. Doğrusu, inanmıram ki, bəşər tarixində hansısa dövlət belə izahı olmayan paradoksal davranışla qarşılaşmış olsun. Hər dəfə sağlam məntiqlə Ermənistan rəhbərliyinin davranışlarının izahını tapmağa çalışıram, amma çətinlik çəkirəm. Başa düşürəm ki, qarşımızda öz davranışlarına cavabdeh ola bilməyən, günün reallığını qəbul etməyi bacarmayan, nifrət və qəzəb hissi şüurunu qapatmış, heyvani instinktlərlə hərəkət edən bir hakimiyyət və ondan bir o qədər də fərqlənməyən toplum var. Amma yenə də olsun... Hətta instinktlə hərəkət edən canlılar belə real təhlükəni, güc nisbətini anlaya, dərk edə bilirlər. Ermənistan isə anlaya bilmir. Səbəb nədir? Bəlkə bu ərköyün quldurlar hələ də xilas ediləcəklərinə, 28 il ərzində başımızın altına yastıq qoyanların yenidən ənənəvi qaydada dövriyyəyə girərək reallıqları dəyişə biləcəklərinə ümid bəsləyirlər? Bunun mümkün olmayacağı barədə uzun-uzadı yazmaq istəmirəm. Çünki Ermənistanın dəyişilməsini arzuladığı reallıqları Azərbaycan 28 il ərzində özü dəyişib. Həm də elə dəyişib ki, geriyə qayıdışı yoxdur.
Tutaq ki, Ermənistan bunu anlaya bilmir, bəs işğalçıya zəhər verənlər, illərdən bəri status-kvonu qoruyub saxlayanlar, geosiyası reallıqların bu və ya digər güc mərkəzinin xeyrinə dəyişə biləcəyinə ümid bəsləyənlər, onlar ki, baş verənləri ən incə detallarına kimi çözmək və nəticə çıxarmaq iqtidarındadırlar.
...Qənaətimə görə, hazırda bəşər tarixinin ən ağır əsəb müharibələrindən birinə şahidlik edirik. Bu atəşkəs sazişlərinin də, onu pozanların da müəllifləri eynidir. Məqsəd “soyuq duş” effekti yaratmaq, Azərbaycandakı ictimai rəyi haldan-hala salmaq, səbrimizi tarıma çəkməkdir. Bu gün baş verənlər müharibənin ən ağır, ən gərgin hissəsidir. Təsəvvür edin, cəmiyyətə bir gün atəşkəs, bir gün savaş mesajları ötürülür və bir-birini əvəz edən bu psixoloji təsir mexanizmlərinin dinamikası dəyişdikdə, ictimai rəy artıq proseslərin tempo-ritminə uyğunlaşa bilmir, süstləşir, müqaviməti qırılır.
Əks təqdirdə biz hər dəfə məğlub durumda olan Ermənistanın atəşkəsi kobud şəkildə pozmasına, Azərbaycanın mülki əhalisinə qarşı amansız, dəhşətli müharibə cinayətləri törətməsinə görə işğalçı ölkəyə qarşı hansısa addımların atıldığına şahidlik etməliydik. Ən azı döyüş meydanında darmadağın olan Ermənistanın hikkəsini yemləmək üçün təcavüzkarın hərbi potensialının bərpa edilməsinə bu qədər həyasızcasına dəstək verilməzdi... Amma atəşkəsdən dəm vuranlar nəinki Ermənistana təzyiq göstərirlər, hətta işğalçının ayaqda durması üçün dəridən-qabıqdan çıxır, nəyin bahasına olursa-olsun ənənəvi status-kvonun bərpasına çalışırlar. Ola bilsin ki, uzun illərdən bəri status-kvonun dəyişməsinin vacibliyini vurğulayanlara status-kvonun mümkün və günün reallıqlarına uyğun olduğu qədər yenidən bərpa olunması lazımdır. Bütün bunlar, təbii ki, ehtimallardır...
Göz önündə olan reallıq isə belədir:
Ermənistanın davamlı təxribatları nəticəsində, işğalçı ölkənin fasizləsiz yalvarışları nəticəsində qazandığı atəşkəsin ömrü cəmi bir neçə dəqiqə çəkir. “Humanitar atəşkəs”lə bağlı bəyanatların “mürəkkəbi qurumamış” Ermənistan Azərbaycanın mülki əhaləsini, yaxud ordumuzun mövqelərini atəşə tutur və yaranmış vəziyyətdən maksimum yararlanmağa cəhd göstərir. Bunun qarşılğında isə təcavüzkara hər zaman olduğu kimi “dur” deyən tapılmır. Bütün bunlar sübuta yetirir ki, Azərbaycana qarşı edilən çoxsaylı təzyiqlərin yeganə məqsədi ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir. “Humanitar atəşkəs” təşəbbüsü ilə çıxış edənləri Azərbaycan torpaqlarının işğalına son qoyulması ilə regionda sülhün, təhlükəsizliyin təmin edilməsi yox, işğalçı ölkənin düşdüyü çıxılmaz durum, Azərbaycan ordusunun zərbələrinə cavab verə bilməməsi narahat edir. “Atəşkəs” təşəbbüskarları Ermənistanın təəssübkeşi kimi çıxış edir, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan işğalçı ölkənin döyüş meydanında məğlub olmasına təəssüflənirlər. Sanki BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, ATƏT-in Minsk Qrupunun həmsədrləri yox, meydanda məğlubiyyətə düçar olan “Ermənistan” yığma komandasının aqressiv, ipə-sapa yatmaz, sərxoş azerkeşləridir. Bir ağızdan komandalarına dəstək verir, əllərinə keçən nə varsa, spirtli içki şüşələri də daxil olmaqla meydana atır, qalibi təxribata çəkir, bütün hüquqazidd vasitələrlə təktəbək mübarizədə acı məğlubiyyətə düçar olan komandalarını xilas etməyə çalışırlar... Və sonra da qanıyla, zəhmətilə, şərəfiylə, qüruruyla, min bir əzab-əziyyətə qatlanaraq Böyük Qələbəyə doğru addımlayan komandaya deyirlər ki, “sən yerində dayan, qapını da boş saxla, qoy bacardıqları qədər qol vursular”. Humanizm prinsipləri, filan, beşməkan...
Görəsən 30 il ərzində bu “humanizm prinspiləri” nə üçün 750 min azərbaycanlı köçkünə, 250 min azərbaycanlı qaçqına münasibətdə özünü büruzə vermirdi?
Görəsən Ermənistan havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edəndə, azərbaycanlılara qarşı soyqırım həyata keçirəndə, uşaq, qadın, ahıl bilmədən süngüdən keçirəndə hansı səbəblərdən bu lənətə gəlmiş “humanitar atəşkəs” yada düşmürdü... İndi biz güclüyük deyə, Cənubi Qafqazda qara yara, irinli çiban kimi yetişdirdiyiniz dünyanın ən rəzil, ən şərəfsiz, ən hiyləgər, ən alçaq dövlətini əlimizdən almağa çalışırsınız... Nə üçün? Ona görə ki, bölgədəki planlarınız alt-üst olur? Ona görə ki, quduz köpəyinizi “iti qovan kimi” qovuruq və bu soyu-kökü bəlli olmayan qancıq (oxuculardan üzr istəyirəm - E.M.) törəməsindən daha əvvəlki kimi istifadə etmək mümkün olmayacaq?! Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi nəticəsində bölgədə sabitliyin, təhlükəsizliyin bərqərar olması işinizə yaramır? Nə idi məqsədiniz? Bizi işğalla barışdırmaq? Yetimin malını yenidən özünə qaytarırmış kimi bizə məxsus olanların bir parçasını minnətlə geri verib “sevincdən papağımızı göyə atacağımıza” ümid edirdiniz? Alınmadı? Alınmayacaq da!
Bəlkə də hələ anlaya bilmirsiniz, amma bu gün işğalçını geri otuzduran müasir hərbi texnologiya deyil, yenilməz Vahid Millət, Vahid Dövlət, Vahid Lider düsturudur.
Quduz köpəyinizi geri çəkin, bitsin məsələ! Vəssalam!

Elçin Mirzəbəyli
Əməkdar jurnalist, siyasi ekspert