Ərdoğan Türkiyə vətəndaşlarını Fransa istehsalı olan məhsulları almamağa çağırıb Siyasət

Ərdoğan Türkiyə vətəndaşlarını Fransa istehsalı olan məhsulları almamağa çağırıb

Avropada müsəlmanlara aid iş yerləri, evlər, məktəblər demək olar hər gün faşist təşkilatların hücumuna məruz qalır.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Necə ki, Fransada Türkiyə istehsalı olan məhsulları almayın deyirlərsə, mən də buradan millətimə səslənirəm. Fransız məhsullarını satın almayın”, - deyə Ərdoğan vurğulayıb.