Ermənistan Sərhəd Qoşunlarının komandanı işdən çıxarılıb Siyasət

Ermənistan Sərhəd Qoşunlarının komandanı işdən çıxarılıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Sərhəd Qoşunlarının komandanı işdən çıxarılıb.

Ermənistan Prezidenti Armen Sarkisyan Vaqinak Sarkisyanın Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edilməsi barədə bu gün fərman imzalayıb.

A. Sarkisyanın digər fərmanı ilə Arman Maralçyan Ermənistan MTX Sərhəd Qoşunlarının komandanı təyin olunub.