Hikmət Hacıyev: "Bu gün Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılıb" Siyasət

Hikmət Hacıyev: "Bu gün Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılıb"

Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər rayonunu intensiv atəşə tuturlar. Artilleriya və raketlərdən istifadə olunur.

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev "tvitter" hesabında yazıb.

Bu gün ərzində Tərtər daxil olmaqla Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılmışdır.