Dağlıq Qarabağ üzrə danışıqlarda istənilən ölkənin iştirakı üçün Bakı və Yerevanın razılığı vacibdir - Peskov Siyasət

Dağlıq Qarabağ üzrə danışıqlarda istənilən ölkənin iştirakı üçün Bakı və Yerevanın razılığı vacibdir - Peskov

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə istənilən ölkənin cəlb olunması Ermənistan və Azərbaycanla razılaşdırılmalıdır.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov münaqişə ilə bağlı danışıqların növbəti mərhələsinə Türkiyənin qoşulub-qoşulmaması ilə bağlı sualı cavablandırarkən deyib.

O bildirib ki, bu məsələ yalnız münaqişə tərəflərinin razılığı əsasında ola bilər:

“Burada iki tərəfin, Azərbaycan və Ermənistan nəzər nöqtəsi vacibdir. Yalnız münaqişə tərəfləri tənzimləmə prosesinə bu və ya digər dövlətin qoşulmasına razılıq verə və ya dəstəkləyə bilər”.