Ermənistan silahlı qüvvələri Tərtərə raket hücumundan sonra Bərdəyə raket zərbələri endirib - Hikmət Hacıyev Siyasət

Ermənistan silahlı qüvvələri Tərtərə raket hücumundan sonra Bərdəyə raket zərbələri endirib - Hikmət Hacıyev

Ermənistan silahlı qüvvələri Tərtərə raket hücumundan sonra Bərdəyə yenidən "Smerç" raketi atıb, mülki şəxslər arasında ölənlərin olduğu deyilir. Ermənistanın belə məqsədli müharibə cinayətləri şiddətlə qınanmalıdır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

H.Hacıyev deyib: “Ermənistan dünən çox sayda mülki insanın kasetli raketlərlə öldürülməsindən heç bir nəticə çıxarmayıb. Ermənistan hərbi işğala və müharibə cinayətlərinə son qoymalıdır!”.