Ermənistan Bərdəyə hücumla beynəlxalq humanitar hüququ kobudcasına pozur - Qazaxıstan səfiri Siyasət

Ermənistan Bərdəyə hücumla beynəlxalq humanitar hüququ kobudcasına pozur - Qazaxıstan səfiri

Dinc sakinlərin həlak olması ilə nəticələnən Azərbaycanın Bərdə rayonunun raket atəşinə məruz qalması xəbərini böyük narahatçılıq və üzüntü hissi ilə qəbul etdim.

Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Bərdənin atəşə tutulması ilə əlaqədar şərhində deyib.

Diplomat qeyd edib: "Bu cür addımlar beynəlxalq humanitar hüququ və mövcud olan atəşkəs razılaşmaları kobudcasına pozur".