Söz azadlığından danışan Fransada erməni lobbisinin bu azadlığı boğması qəbuledilməzdir - Politoloq Siyasət

Söz azadlığından danışan Fransada erməni lobbisinin bu azadlığı boğması qəbuledilməzdir - Politoloq

Rəsmi Parisin “TF1” telekanalının, həmçinin jurnalist və böyük reportyor Lizron Budula Fransadakı erməni icması, Ermənistan və eləcə də dünyanın müxtəlif ölkələrindəki erməni diasporunun nümayəndələri tərəfindən təhqir, təzyiq və təhdidlərə məruz qalması Makron hakimiyyətinin mətbuat, söz və fikir azadlığına olan gerçək münasibətinin bariz nümunəsidir. Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, Lizron Budulun işğal altındakı Azərbaycan ərazilərindən, döyüş bölgəsindən jurnalistikanın peşə kodeksinin bütün qaydalarına əməl etməklə hazırladığı tərəfsiz, qərəzsiz reportajın telekanalın internet resurslarından silinməsi isə Fransa hökumətinin ölkədə mətbuat və söz azadlığına təminat verə bilmədiyini nümayiş etdirir:

“Qeyd edim ki, Fransada söz və fikir azadlığına 1789-cu ildə qəbul edilmiş İnsan və Vətəndaş Hüquqları ilə bağlı Bəyannamədə təminat verilir. Həmin bəyənnamədə bildirilir ki, “Fikirlərin və rəylərin başqalarına azad şəkildə çatdırılması ən dəyərli insan hüquqlarından biridir. Bu baxımdan, Qanunla müəyyənləşdirilmiş sui-istifadə halları istisna olunmaqla, azad şəkildə danışa, yaza, nəşr edə bilər”.

Fransa qanunericiliyinə görə, ölkədə söz və mətbuat azadlığının əsas təminatşısı məhkəmə hakimiyyətidir. Və bu və digər resursda yayımlanan reportaj, yaxud digər informasiya yüklü material yalnız məhkəmənin qərarı ilə çıxarıla biləır. Lizron Budulun reportajınln TF1 telekanalınln internet resursundan silinməsi ilə bağlı nəinki məhkəmə qərarı, heç bununla əlaqədar məhkəməyə müraciət də edilməyib.

Reportaj erməni icmasının və şəxsən Emmanuel Makronun komandasının telekanala təzyiq və təhdidləri nəticəsində çıxarılıb ki, bu da təkcə söz və mətbuat azadlığına yox, müstəqil məhkəmə hakimiyyətinə tüpürməkdir. Bu da sübuta yetirir ki, hüquqi nihilizm Fransanın mövcud siyasi hakimiyyətinin istər ölkə qanunvericiliyinə, istərsə də beynəlxalq hüququn norma və prinsiplərinə münasibədə aparıcı yerdə dayanır”.