Ermənistan artıq bu gün öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır - Fuad Muradov Siyasət

Ermənistan artıq bu gün öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır - Fuad Muradov

Ermənistan artıq bu gün öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “QORDON” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan “Qarabağ Ermənistandır” deyəndə aydın oldu ki, heç bir danışıqlar getmir:

“O deyəndə ki, “Biz yeni ərazilər üçün müharibə edəcəyik”, bu, onu bildirir ki, onlar status-kvonun dəyişməməsi üçün hücuma hazırlaşır. Son 30 il ərzində ATƏT Minsk qrupu bir neçə həll variantı hazırlayıb, amma bunların heç biri Ermənistan tərəfindən qəbul edilməyib. Onlar bu gün işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmalıdır. Amma Ermənistan rəhbərliyinin dilindən aqressiv ritorika düşmür. Onlar deyir ki, guya geri çəkilsələr, Azərbaycan qoşunları Ermənistanı ələ keçirəcək. Bu, cəfəngiyyatdır! Bizə özgə torpaqlar lazım deyil”.