30 illik həsrətə son qoyulur və kəlbəcərlilər öz doğma yurdlarına qayıdırlar - Kəlbəcərli deputat Siyasət

30 illik həsrətə son qoyulur və kəlbəcərlilər öz doğma yurdlarına qayıdırlar - Kəlbəcərli deputat

27 sentyabrdan başlayaraq 44 gün müddətində Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz yeni bir hərb tarixi yazıdılar.

Bunu Trend-ə Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib.

Deputat bildirib ki, bu 44 gün ərzində hər gün bir neçə yaşayış məntəqəmiz düşməndən azad olundu: “Bu müddət ərzində 300-ə yaxın yaşayış məntəqəmiz, o cümlədən 4 rayonumuz, 4 qəsəbəmiz, Şuşa şəhərimiz, bir çox hərbi əhəmiyyətə malik strateji yüksəkliklər azad olundu. Bunlar görünməmiş bir qələbələr idi. Bilirsiniz ki, 30 ilə yaxın müddət ərzində Ermənistan ordusu istehkamlar düzəldirdilər, yeraltı keçirdlər qururdular. Bütün bunlar yarıb keçmək böyük bir qəhrəmanlıq idi və xalqımızın böyük sevincinə səbəb oldu.

Mən bu sevinci bizə bəxş etdiyinə görə Ali Baş Komandanımıza, rəşadətli ordumuza dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Çünki bizə tək torpaqlarımızı deyil, eyni zamanda milli-mənəvi dəyərlərimizi özümüzə qaytardılar, məcburi köçkünlük adımızı üzərimizdən götürdülər”.

Deputat bildirib ki, cənab Prezident İlham Əliyev həmişə səbr nümayiş etdirərək məsələnin danışıqlar masasında həll etmək istəyirdi, amma qarşı tərəf həmişə bəhanələr gətirərək danışıqlardan qaçırdı və özlərinin ordusunu yenilməz hesab edirdilər:

“Eyni zamanda ermənilərin törətdiyi qeyri-qanuni, beynəlxalq qanuna zidd hərəkətlər və onların cəzasiz qalması, onlara hər hansı bir təzyiq göstərilməməsi onları daha da azğınlaşdırdı və onlar nəinki məsələnin sülh yolu ilə həllinə gəlmək istəmədilər, eyni zamanda yeni ərazi iddialarına düşdülər, böyük təxribatlar törətdilər. Bütün bunlardan sonra artıq qüdrətli Azərbaycan ordusu öz sözünü deməyə başladı. Çox şükürlər olsun ki, müzəffər ordumuz düşmənə lazımi dərs verdi və onlar dərk etdilər ki, Azərbaycan ordusunun qarşısında acizdilər və tap gətirə bilmirlər.

Ermənilər başladlar dünya ictimaiyyətini alatmağa, yalan məlumatlar verməyə, mülki əhalimizi, şəhərlərimizi atəşə tutmağa və xalqımız arasında qorxu yaratmağa çalışdılar. Lakin bütün bunlar heç bir nəticə vermədi, əksinə olaraq, xalqımızın və ordumuzun döyüş əhval ruhiyyəsi daha da yüksəldi.

Və nəhayət 10 noyabr tarixdə üçtərəfli bəyanatın imzalanması Ermənistanın kapitulyasiyasını təsdiq etdi və Azərbaycanın bütün şərtləri bu bəyanatda öz əksini tapdı. Bəli, bu gün Kəlbəcər rayonun tam boşaldılıb Azərbaycana təhvil verilib. 1 dekabr tarixinə qədər isə Laçın Azərbaycana qaytarılacaq. Bu, Azərbaycan xalqının tarixi qələbəsidir. Allah bütün şəhidlərimizə rəhmət etsin, onların ruhu qarşısında baş əyirik.

Bir daha bu qələbəni bizə yaşatdığına görə Ali Baş Komandanımıza, ordumuza dərin təşşəkkürümüzü bildiririk. Kəlbəcər camaatından minlərlə zəng gəlir, onlar öz minnətdarlıqlarını cənab Prezidentə çatdırmaq istəyirlər. 30 illik həsrətə son qoyulur və kəlbəcərlilər öz doğma yurdlarına qayıdırlar”.