Bəzi həmsədr ölkələrin narahatlığının heç bir əhəmiyyəti yoxdur - Ərdoğan Siyasət

Bəzi həmsədr ölkələrin narahatlığının heç bir əhəmiyyəti yoxdur - Ərdoğan

Dağlıq Qarabağda 30 il davam edən işğal sona çatıb. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, təəssüflər olsun ki, 10 noyabrda Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan bəyanata baxmayaraq, ATƏT Minsk qrupunun həmsədri olan bəzi ölkələr bu razılaşmadan narahatdırlar:

“Onların narahatlığının heç bir əhəmiyyəti yoxdur. Türkiyə, Azərbaycan və Rusiya bölgədə sülhün və sabitliyin olması üçüm çox ciddi addımlar atıb və bu gün Qarabağda Azərbaycan bayrağı dalğalanır və bu gün səhər saatlarında işğal edilmiş Kəlbəcər azad edildi”.

R.T.Ərdoğan qeyd edib ki, dünən Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Qarabağada sülhün və sabitliyin möhkəmlənməsi istiqamətində fikir mübadiləsi aparıb.