BMT QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcək Siyasət

BMT QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcək

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində evlərindən didərgin düşmüş şəxsləri müdafiə edəcək.

Bunu BMT QAK-dan bildiriblər.

Qeyd olunub ki, BMT QAK noyabrın 10-da Dağlıq Qarabağ regionunda döyüş əməliyyatlarına son qoyan atəşkəs razılaşmasını alqışlayır:

"Qaçqınlarla iş üzrə BMT agentliyi olaraq biz 1990-cı illərdən regionda məcburi köçkünlərə dəstək göstərilməsi ilə məşğuluq. Mandat üzrə öhdəliklərimizə uyğun olaraq bütün tərəflərlə məsləhətləşməklə biz münaqişə nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcəyik".