Türkiyə və İran səfirləri Qarabağı müzakirə ediblər Siyasət

Türkiyə və İran səfirləri Qarabağı müzakirə ediblər

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə ediblər.

Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi özünün “Twitter” səhifəsində paylaşıb.

İran səfirinin sözlərinə görə, görüşdə diplomatlar ikitərəfli əlaqələr, Azərbaycanla münasibətlər haqqında da fikir mübadiləsi aparıblar.