“Əl-Əzhər” dini müəssisəsinin Böyük Alimlər Şurasının üzvü Prezident İlham Əliyevi təbrik edib Siyasət

“Əl-Əzhər” dini müəssisəsinin Böyük Alimlər Şurasının üzvü Prezident İlham Əliyevi təbrik edib

“Əl-Əzhər” dini müəssisəsinin Böyük Alimlər Şurasının üzvü professor Əli Cümədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Rusiya Federasiyası, Azərbaycan və Ermənistan respublikaları arasında imzalanmış tarixi razılaşma nəticəsində Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi, bölgədə sülhün və sabitliyin bərqərar olması münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

Azərbaycanın mədəniyyətlərarası dialoq və birgəyaşayış modeli, elm xadimləri ilə zəngin olması, habelə qədim Şərq və Qərb sivilizasiyalarının qovuşduğu məkanda yerləşməsi bizə yaxşı məlumdur.

Qardaş Misirdən Vətən şəhidlərinə Allahdan rəhmət və məkanlarının cənnət olmasını, yaralılara isə şəfa diləyirəm.

Zati-aliləri, Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə qardaş Azərbaycan xalqının azadlıq, əmin-amanlıq və rifah içində yaşamasını arzulayıram".