Birinci Qarabağ müharibəsinin məğlub müxalifət qalıqları tarixi Qələbəni həzm edə bilmir - ŞƏRH Siyasət

Birinci Qarabağ müharibəsinin məğlub müxalifət qalıqları tarixi Qələbəni həzm edə bilmir - ŞƏRH

Azərbaycanın uğurlu əks-hücum əməliyyatı bir çoxları üçün gözlənilməz oldu. Ordumuzun uğurla keçirdiyi əməliyyatlar beynəlxalq hərbi ekspertlər tərəfindən öyrənilir, rəğbətlə qarşılanır.

Lakin bu qələbəni həzm edə bilməyənlər də var, istər xaricdə, istərsə də öz daxilimizdə...

Azərbaycan xalqı hər şeyi bilir....

Şübhəsiz, hərkəsə məlum olan faktdır ki, torpaqlarımızın işğal altına düşməsində əsas günahkar qanunsuz yollarla hakimiyyətə gələn, heç bir siyasi biliyə, təcrübəyə, səriştəyə malik olmayan Azərbaycan Xalq Cəbhəsi olub. Torpaqlarımızın işğal altına düşməsində Xalq Cəbhəsinin birbaşa iştirakı var və bu məsuliyyəti onlar daşıyır. Xalq Cəbhəsinin məqsədi, sadəcə, hakimiyyət uğrunda mübarizə idi. Siyasi parçalanmalar Azərbaycanın 20 faizinin itirlməsinə gətirib çıxardı.

Deputat İlham Məmmədov bildirir ki, torpaqlarımızın işğalı zamanı Azərbaycan daxilində siyasi vəziyyət gərgin idi:

“O dövrdə AXC hakimiyyətinin xəyanəti torpaqlarımızın işğalına gətirib çıxardı. Xalqımıza qarşı xəyanət yolu tutan səriştəsiz AXC hakimiyyətinin üzvlərinin, xüsusən də o zamankı dövlət katibi, parlament sədri, müdafiə naziri, daxili işlər nazirinin xalqın maraqlarına uyğun gəlməyən mövqe tutması, xəyanət etmələri torpaqlarımızın işğal altına düşməsinə səbəb oldu. Çünki onların xəyanəti, ölkədə yaratdıqları xaotik vəziyyət, qarşıdurma, eyni zamanda qohumbazlıqları, ətraflarındakı səriştəsiz, idarçilik qabiliyyəti olmayan insanları müxtəlif vəzifələrə gətirmələri nəticəsində ölkəmizin 20 faiz torpağı işğal altına düşdü, o cümlədən bu gün azad edilən Kəlbəcər rayonu da onların birbaşa xəyanəti nəticəsində işğal altına düşmüşdü.

Birinci Qarabağ savaşında məğlubiyyətin əsas səbəbkarları və onların qalılqları bugün yenidən hardansa özlərində haqq taparaq danışmağa başlayıblar".

Deputat bildirib ki, Birinci və İkinci Qarabağ savaşlarını müqayisə etsək, nə qədər fərqin olduğunu görərik:

"Bugün əgər kimsə Birinci Qarabağ savaşında məğlubiyyətinin səbbələrinin axtarsa, Paşinyan hakimiyyətinə nəzər salmağı kifayətdir. Paşinyan hakimiyyəti ö dövrkü məğlub AXC hakimiyyətinin indiki təzahürüdür.

Ümumiyyətlə, bu qələbə bir çoxlarını susdurdu. Bütün günü bu iqtidar "Qarabağı azad etmək istəmir" deyə bar-bar bağıran müxalifət ağzına su alıb oturdu. Bu gün isə həmin dövrün qalıqları hansısa yeni fikirlər səsləndirirlər. Azərbaycanın tarixi qələbəsinə kölgə salmağa çalışırlar."