Üç rəngli bayraq Azərbaycanın bütün torpaqlarında dalğalanacaq - Hüseyn Altınalan Siyasət

Üç rəngli bayraq Azərbaycanın bütün torpaqlarında dalğalanacaq - Hüseyn Altınalan

Türkiyənın Bakıdakı səfirliyi Laçının azad olunması ilə bağlı Azərbaycanı təbrik edib.

Trend-in məlumatına görə, Türkiyənın Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan bildirib ki, Laçının azad olunması münasibətilə Azərbaycanı ürəkdən təbrik edirik: "Üç rəngli bayraq Azərbaycanın bütün torpaqlarında dalğalanacaq. Qarabağ Azərbaycandır!"