Rusiya Müdafiə Nazirliyi Laçının Azərbaycana verilməsi barədə məlumat yayıb Siyasət

Rusiya Müdafiə Nazirliyi Laçının Azərbaycana verilməsi barədə məlumat yayıb

Laçın rayonu Azərbaycana təhvil verilib, Laçın dəhlizinə isə rusiyalı sülhməramlılar nəzarət edir.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

Bundan başqa, İ.Konaşenkov Rusiya-Türkiyə Ortaq Monitorinq Mərkəzi barədə danışıb.

O bildirib ki, atəşkəsə nəzarət üzrə yaradılan mərkəzdə hər iki ölkə üzrə eyni sayda personal yer alacaq.