Moskvada əhalinin koronavirusa qarşı peyvəndlənməsinə başlanılıb Siyasət

Moskvada əhalinin koronavirusa qarşı peyvəndlənməsinə başlanılıb

Moskvada koronavirusa qarşı peyvəndləmə prosesinə start verilib.
Bu barədə Moskva meri Sergey Sobyanin öz bloqunda yazıb.
"İlk beş saat ərzində peyvəndləməyə 5 min nəfər yazılıb. Müəllimlər, həkimlər, sosial işçilər bu gün ən çox sağlamlıqlarını təhlükə altına qoyanlardır", - deyə Moskva meri qeyd edib.